EN

Si Cinpin: “Çinin dirçəlişi” və “Amerikanı yenidən böyük et” təşəbbüsləri bir-biri ilə əlaqəli həyata keçirilə bilər

Bakı, 14 may, AZƏRTAC

Çin Xalq Respublikasının Sədri Si Cinpin təntənəli ziyafətdə ABŞ Prezidenti Donald Trampın Çinə səfərini tarixi hadisə adlandırıb.

AZƏRTAC xəbər verir ki, Si Cinpin Donald Trampla ətraflı fikir mübadiləsi apardığını bildirib. “Reuters”in məlumatına görə, o, “Çinin dirçəlişi” və “Amerikanı yenidən böyük et” təşəbbüsləri bir-biri ilə əlaqəli həyata keçirilə biləcəyini qeyd edib.

Si Cinpin əlavə edib ki, həm özü, həm də Tramp Çin-ABŞ münasibətlərini dünyanın ən vacib ikitərəfli əlaqələri hesab edir. “Biz onları inkişaf etdirməli və heç vaxt korlamamalıyıq”, -deyə o vurğulayıb”.

Çin lideri bildirib ki, Çin və ABŞ rəqib deyil, tərəfdaş olmalıdır.

Chosen
45
47
azertag.az

10Sources