EN

Çində möcüzə: 11 ci mərtəbədən yıxılan 4 yaşlı uşaq sağ qalıb

ain.az, Ayna saytına istinadən bildirir.

Körpənin çoxsaylı sümük sınığı olub, qaraciyəri, dalağı, ağciyərləri, böyrəkləri zədələnib

Çinin Dalian şəhərində dörd yaşlı oğlan binanın 11-ci mərtəbədən yıxılaraq sağ qalıb. AYNA.AZ xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.

Hadisə aprelin 11-də baş verib. Oğlanın valideynləri kuryer işləyirlər - ata su, ana isə ərzaq çatdırır. Onlar qapını bağlayıb işə gediblər. Evdə tək qalan körpə pəncərəni açıb və valideynlərinin evə gəlib-gəlmədiyini görmək üçün pəncərənin üstünə çıxdı. O tarazlığını itirib və yıxılıb.

Təxminən iki saat sonra ata evə qayıdıb. Açıq pəncərəni görüb həyətə qaçıb və oğlunu pəncərələrin altında uzanmış, ağız və burnundan qanaxma keçirmiş vəziyyətdə tapıb. Uşaq təcili xəstəxanaya aparılıb.

Həkimlər əvvəlcə oğlanın sağ qalma şansını 5 faiz olaraq qiymətləndiriblər. Onun çoxsaylı sümük sınığı olub, qaraciyəri, dalağı, ağciyərləri, böyrəkləri zədələnib. Lakin irəliləyiş müsbət yöndə olub. O adi palataya köçürülməzdən əvvəl 18 gün reanimasiyada qalıb. Körpə indi sağalır. Valideynləri hadisəni möcüzə adlandırır və oğullarını xilas edən həkimlərə təşəkkür edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
21
ayna.az

1Sources