EN

Yeni sistem: robotlar işçilərə nəzarət edəcək

Rusiyada müəssisələr üçün qüsurlu detalları avtomatik aşkarlayan robot hazırlanıb.

Publika.az "Mk.ru"ya istinadənxəbər verir ki, MAİ mütəxəssislərinin yaratdığı robot-manipulyator konveyerdə keyfiyyətə nəzarəti operator olmadan həyata keçirə bilir.

Məlumata görə, cihaz səth, forma və markalanmadakı qüsurları xüsusi texniki görmə sistemi vasitəsilə müəyyən edir. Qüsur aşkar edilən zaman konveyer dayanır, robot isə detalı xəttdən çıxarır.

Bildirilir ki, sistem açıq proqram təminatı və əlçatan komponentlər əsasında qurulduğundan müəssisələr onu müstəqil şəkildə tənzimləyə biləcək. Hazırda layihə laboratoriya sınaqlarını uğurla keçib və sənaye testlərinə hazırlanır.

Chosen
49
publika.az

1Sources