“School Shop: Məktəbli sahibkarlar üçün Elektron Ticarət Platforması” qrant layihəsinin sərgisi keçirildi.
Layihə çərçivəsində şagirdlərin sahibkarlıq və biznes sahəsində biliklərinin artırılması məqsədilə seçilmiş 20 nəfər şagird üçün xüsusi təlim proqramı həyata keçirildi.
Davamında təlimlərdə hazırlanan məhsullardan ibarət layihənin sərgisi keçirildi. Sərgilərdə nümayiş olunan məhsullar şagirdlər tərəfindən satışa çıxarıldı və əldə edilən gəlirin xeyriyyə məqsədi ilə necə istifadə edildiyi paylaşıldı.
Xatırladırıq ki, “School Shop: Məktəbli sahibkarlar üçün Elektron Ticarət Platforması” qrant layihəsi Sevman Baxşiyev tərəfindən Astara şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbində həyata keçirilir. Layihənin əsas məqsədi şagirdlərdə sahibkarlıq düşüncəsini formalaşdırmaq, onların maliyyə və biznes bacarıqlarını inkişaf etdirməkdir.








