Cari mövsümü o qədər də uğurlu keçirməyən "Qəbələ" Premyer Liqada qalmaq I Liqanın 2-cisi ilə pley off oynayacaq.
Rekord.az xəbər verir ki, bu vəziyyətdə komandanın əcnəbu baş məşqçisi Kaxaber Sxadadzenin gələcək taleyi maraq doğurur.
Hansı vəziyyətdə gürcü qalacaq, hansı vəziyyətdə yola salına bilər? Əldə etdiyimiz məlumata görə, komanda elitada qalsa, Sxadadze də postunda qalıb işinə davam edəcək. Nəzərə alaq ki, onun hələ qüvvədə olan 1 illik də müqaviləsi var.