EN

Neft-qaz sektoru üzrə 14 milyard manatdan çox sənaye məhsulu istehsal edilib

Bakı, 14 may, AZƏRTAC

2026-cı ilin yanvar-aprel aylarında neft-qaz sektoru üzrə 14 milyard 28,2 milyon manatlıq sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu da 2025-ci ilin müvafiq dövrünə nisbətən 0,9 faiz azdır.

Qeyd edək ki, sənaye sektorunda 2026-cı ilin yanvar-aprel aylarında 21,1 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz çox sənaye məhsulu istehsal edilib.

Chosen
22
1
azertag.az

2Sources