Xəbər verildiyi kimi, tanınmış aktrisa Pelin Karahan 2014-cü ildə ailə qurduğu Bedri Güntaydan boşanıb.
Musavat.com xəbər verir ki, aktrisa ayrıldıqdan sonra “CNBC-e”də Səba Tümerin verilişinə qonaq olub.
O, çətin prosesdə yaşadıqlarından danışıb:
“Əgər evləndikdən sonra işimdən və karyeramdan imtina etsəydim, bu qərarı verə bilməzdim, indi burada oturmazdım. Xəyanət iddiaları tamamilə yalandır. Əlbəttə ki, enişli-yoxuşlu günlərimiz də olub. Başqa səbəblərimiz də var idi.
Çox mehriban şəkildə ayrıldıq. Boşanma prosesinə birlikdə getdik və birlikdə evə qayıtdıq. Hələ də hər gün danışırıq. Biz yalnız ər-arvad münasibətlərini pozduq. Amma çox yaxşı dost qalmağı bacardıq. Bedri çox yaxşı dost və atadır. Yaxşı və pis günlərdə də birlikdəyik. Allah Bedrini bizimlə saxlasın”.
Könül
Musavat.com