EN

Ermənistanı Azərbaycan və Türkiyədən “qoruyacaq” plan - İranla birgə hazırlanıb

Ermənistan Azərbaycan və Türkiyədən birtərəfli kommunikasiya asılılığına son qoya, iqtisadi təzyiqlərini azalda, danışıqlar mövqeyini əhəmiyyətli dərəcədə gücləndirə və suverenliyini möhkəmləndirə bilər.

Publika.az xəbər verir ki, bu barədə Erməni Milli Konqresinin proporsional namizədlər siyahısına rəhbərlik edən Levon Zurabyan “Facebook” səhifəsində məlumat verib.

O, belə bir planın 2019-cu ildə Nikol Paşinyana təklif edildiyini, lakin onun bunu rədd etdiyini bildirib.

O izah edib ki, Erməni Milli Konqresinin seçki proqramına Ermənistanı İranla birləşdirən dəmir yolunun tikintisi daxildir və bu, Ermənistan üçün həyati əhəmiyyətli problemləri həll edəcək.

Onun sözlərinə görə, tikinti şirkəti "China Communications" tərəfindən layihələndirilən dəmir yolunda 84 körpü, 60 tunel olacaq və ilkin dəyəri 3,2 milyard dollar olacaq ki, bu da layihədə iştirak edən ölkələrə, əsasən Ermənistan və İrana əhəmiyyətli fayda gətirəcək.

Chosen
10
publika.az

1Sources