EN

Bölgədəki bu stadion “ağ günə” çıxır – Nazir özü şahidi oldu

Qusar şəhər Şövkət Orduxanov adına stadionda təmir işləri yenidən start götürəcək. İdman və Gənclər Nazirliyinin balansında olan arenada çalışmalar bir müddətdir dayanıb. 

İdmanxeber.az-verilən məlumata görə, bu yaxınlarda nazir Fərid Qayıbov həmin bölgəyə baş çəkib. Stadionu ziyarət edən nazir arenada çalışmaların ən qısa vaxtda başlayacağını bildirib. O, hətta təmir-bərpa işlərinin gələn ilin avqustun ayında yekunlaşacağını qeyd edib.

Stadionda əvvəlcədən 3 tribuna nəzərə tutulmuşdusa, Fəriq Qayıbovun göstərişi ilə tribuna sayı 4-ə yüksəldiləcək. Buna səbəb arenanın beynəlxalq oyunlar üçün standartlara cavab  verməsidir.

Yaxın vaxtda çalışmaların start götürməsi və stadionun 2027-ci ilin avqustuna qədər hazır olması gözlənilir. 

Chosen
52
idmanxeber.az

1Sources