EN

“Tayvan məsələsi səhv həll olunarsa, Çin və ABŞ arasında münaqişə yarana bilər" - Si Cinpin

“Əgər Tayvan məsələsi səhv həll olunarsa, Çin və ABŞ arasında münasibətlərin ciddi şəkildə pisləşməsinə səbəb olacaq münaqişə yarana bilər".

Missiya.Az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində ABŞ Prezidenti Donald Trampla görüşü zamanı deyib.

“Əgər Tayvan məsələsi düzgün şəkildə həll olunarsa, iki ölkə arasındakı münasibətlər ümumi sabitliyi qoruyub saxlaya bilər. Əks halda, dövlətlər qarşıdurma və hətta münaqişə ilə üz-üzə qala bilər”, - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, bu halda Çinlə ABŞ arasındakı bütün münasibətlər sistemi ciddi təhlükə altına düşəcək.

Si Cinpin bildirib ki, Tayvan boğazında sabitliyin qorunması ABŞ-Çin münasibətləri üçün əsas amillərdən biridir.

Daşqın HəsənovMissiya.Az

Chosen
7
1
missiya.az

3Sources