EN

​Rusiya Kiyevi vurdu: Yaşayış binaları dağılıb, itkilər var VİDEO

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

“Sülh istəyən” Rusiya ötən gecə Ukraynaya son zamanların ən kütləvi hava hücumlarından birini həyata keçirib. 

“AzPolitika” xəbər verir ki, Ukrayna mediasında və sosial şəbəkələrdə Ukraynanın ayrı-ayrı şəhərlərinə, o cümlədən Kiyevə endirilən raket və PUA zərbələrinin ağır nəticələrinə dair görüntülər yayımlanmaqdadır.

Paytaxt Kiyevin Darnitski rayonunda çoxmərtəbəli yaşayış binası zərbə nəticəsində dağılıb. Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko və Kiyev meri Vitali Kliçko paytaxtın digər yerlərində də dağıntılar olduğunu bildiriblər. Şəhərin şərqindəki Dnepr rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Merin məlumatına görə, Darnitski rayonunda yanacaqdoldurma məntəqəsi də yanıb. Qoloseyevski rayonunda PUA qalıqları biznes mərkəzinə və yola düşüb.

14 may səhəri Rusiya Kiyevə ikinci böyük zərbə endirib. Ukrayna paytaxtında bir sıra güclü partlayışlar eşidilib. İkinci hücumun nəticələri hələ tam məlum deyil. Ukrayna paytaxtına və digər şəhərlərə dronların yaxınlaşması barədə məlumatlar davam edir. Kiyevdə və Ukraynanın bir sıra digər bölgələrində hava hücumu sirenləri eşidilir.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti bildirir ki, Kiyevin Darnitski rayonunda dağıdılmış çoxmərtəbəli yaşayış binasından 10 nəfər xilas edilib, lakin ərazidə işlər davam edir. Rusiya zərbəsi binanın bütünlüklə uçmasına səbəb olub. Dağıntılar altında insanlar var.

Qeyd olunur ki, hücumun nəticələri Kiyevin altı rayonunda qeydə alınıb.

Eləcə də Poltava vilayətinin Kremençuk şəhərində partlayış səsləri eşidilib.

“AzPolitika.info”

pic.twitter.com/uWddJUdiwS

— Afa (@02042006Afa) May 14, 2026

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
95
13
azpolitika.info

10Sources