EN

Holann İspaniya nəhənginə doğru -

"Real Madrid"in prezidenti Florentino Perezin son müsahibəsi idman dünyasında böyük marağa səbəb olub. Metbuat.az xəbər verir ki, "LaSexta" telekanalına danışan Perez, Erlinq Holannın adını birbaşa çəkməsə də, klubun transfer hədəfləri haqqında mühüm mesajlar verib. O, vaxtilə Figo, Ronaldo və Bekhem kimi dünya ulduzlarını komandaya gətirdiklərini xatırladaraq, dünyanın ən yaxşı futbolçularının hər zaman "Real Madrid"in hədəfində olduğunu bildirib.

Qeyd edək ki, Erlinq Holannın "Mançester Siti" ilə 2034-cü ilə qədər müqaviləsi var, lakin İspaniya mətbuatı Perezin bu sözlərini fərqli yozub. Hesab olunur ki, Madrid klubu norveçli qolçu üçün tələb olunan 200 milyon avroluq təzminat məbləğini ödəməyə artıq tam hazırdır.

Chosen
20
metbuat.az

1Sources