Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Sosial şəbəkələrin geniş yayılması ilə ictimai və rəsmi şəxslərlə bağlı fikir bildirmə halları da artıb.Təhqir və böhtan xarakterli paylaşımlar hüquqi məsuliyyət yarada bilər və bu zaman söz azadlığının sərhədləri qanunla müəyyən edilir. Dövlət qurumları və vəzifəli şəxslərlə bağlı iddiaların yayılması isə daha həssas yanaşma tələb edir. Bu baxımdan ifadə azadlığı ilə hüquqi məsuliyyət arasındakı balansın necə qorunması mühüm müzakirə mövzusudur.Məsələ ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, qanun qarşısında statusundan asılı olmayaraq hər kəs bərabərdir."Təhqir və böhtan xarakterli ifadələrin işlədilməsi qanunvericiliyə əsasən hüquqi məsuliyyət yaradan əməl hesab olunur. Bu baxımdan qarşı tərəfin məmur, ictimai şəxs və ya adi vətəndaş olması arasında hər hansı fərq qoyulmur. Qanun hər bir şəxsin şərəf və ləyaqətinin qorunmasını təmin edir və həmin hüquqların pozulmasına görə məsuliyyət nəzərdə tutur.Əgər hər hansı şəxs haqqında həqiqəti əks etdirməyən, onun nüfuzuna xələl gətirən məlumatlar yayılırsa və ya açıq şəkildə təhqiredici ifadələr işlədilirsə, zərərçəkmiş tərəf birbaşa məhkəməyə müraciət etmək hüququna malikdir. Təcrübədə də bu kimi hallarla bağlı çoxsaylı müraciətlər edilir və məhkəmə tərəfindən araşdırmalar aparılır.Belə işlər zamanı əsas məsələlərdən biri yayılan məlumatın böhtan və ya təhqir xarakteri daşıyıb-daşımamasının müəyyən edilməsidir. Əgər həmin fakt təsdiqini taparsa, o zaman bu əməli törədən şəxsin cinayət məsuliyyətinə cəlb olunması mümkündür. Xüsusilə sosial şəbəkələrin geniş yayıldığı dövrdə insanlar paylaşdıqları fikirlərə və yazdıqları ifadələrə görə hüquqi məsuliyyət daşıdıqlarını nəzərə almalıdırlar",- deyə vəkil bildirib.Ekspert vurğulayıb ki, şəxsin nüfuzuna xələl gətirən və həqiqəti əks etdirməyən məlumatlar yayıldıqda zərərçəkən birbaşa məhkəməyə üz tuta bilər. Məhkəmə araşdırması zamanı yayılan fikrin böhtan və ya təhqir olduğu sübuta yetirilərsə, həmin şəxsi cinayət məsuliyyəti gözləyir. Sosial şəbəkə istifadəçiləri hər bir paylaşım və rəyə görə qanun qarşısında cavabdeh olduqlarını unutmamalıdırlar.Yəni, sosial şəbəkələrdə kimisə təhqir etmək və ya onun haqqında yalan məlumat yaymaq, həmin şəxs məmur olsa belə, qanunla cəzalandırılır və məhkəməyə çəkilməyinizlə nəticələnə bilər.Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.