EN

“Trendyol” Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına dəstək olub

Bakı, 13 may, AZƏRTAC

“Trendyol “və “PAŞA Holding”in dəstəyi ilə Xankəndi şəhərində “İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə Qızlar üçün 12-ci Regional Konfrans” keçirilib.

AZƏRTAC xəbər verir ki, Qarabağ Universitetində keçirilən konfransda 12-16 yaşlı 80 məktəbli qız iştirak edib.

Konfransda orta məktəb şagirdləri süni intellekt (AI) üzrə əsas anlayışlarla tanış olub, bu texnologiyanın real həyat və iş mühitində tətbiq imkanlarını öyrənib, həmçinin praktiki bacarıqlar əldə ediblər. VR təcrübələri, interaktiv seminarlar, oyunlar, komanda işi proqramın əsas hissələrini təşkil edib.

Təlimin praktiki mərhələsində məktəblilər qazandıqları bilikləri tətbiq edərək süni intellektin dəstəyilə kiçik veb-saytlar hazırlayıblar.

Xatırladaq ki, ötən ay “Trendyol” ilə “PAŞA Holding” Gəncə və Mingəçevirdə “Süni intellektlə yeni başlanğıc” adlı qızlar üçün ikigünlük AI düşərgəsi təşkil edib. Düşərgəyə yeni məzunlar və ya karyerasının ilkin mərhələsində olan 80 gənc qadın cəlb edilib.

Bu təşəbbüslər “Trendyol”un Azərbaycanda qadınların rəqəmsal bacarıqlarının artırılması, onların texnologiya sahəsində iştirakının genişləndirilməsi və inklüziv rəqəmsal ekosistemin formalaşmasına töhfə verməyə yönəlib. Şirkət bu istiqamətdə “PAŞA Holding”lə birlikdə davamlı layihələr həyata keçirir.

Chosen
48
4
azertag.az

5Sources