EN

Fransa SEZAR ları Ermənistana verdi Bu tarixdə nümayiş olunacaq

ain.az, Turkstan.az portalına istinadən məlumat verir.

Ermənistan Fransadan ilk SEZAR artilleriya sistemlərini alıb.Turkustan.az xəbər verir ki, bu barədə “Defense24” saytı yazıb.Sayt qeyd edib ki, SEZAR-ların Ermənistana verilməsi təkcə hərbi təchizat yox, Fransanın Cənubi Qafqaza daha genişmiqyaslı hücumunun bir hissəsidir: “Paris regionda Rusiyanın təsirini zəiflətməyə və Ermənistanın uzunmüddətli təhlükəsizlik tərəfdaşına çevrilməyə çalışır”.

Bildirilib ki, Fransanın Ermənistana dəstəyi siyasi bəyanatlardan konret hərbi əməkdaşlığa doğru inkişaf edir.“SEZAR-ların ilk partiyası artıq Ermənistanın əlindədir və Respublika Günündə (28 may) keçiriləcək paradda təqdim etməyə hazırlaşırlar. Məlumatlara görə, Ermənistan Fransadan 36 ədəd SEZAR almaq istəsə də, nə qədər artilleriya sisteminin çatdırıldığı məlum deyil. Hərçənd, istiqamət məlumdur: Ermənistan Fransa artilleriyasına, hava hücumundan müdafiə sistemlərinə, ümumilikdə hərbi təchizatda Qərb standarlarına doğru irəliləyir”, - sayt yazıb./publika.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
2
icma.az

3Sources