EN

ABŞ İraq millisinin 6 futbolçusuna viza vermədi - ADLAR

İraq millisi bu yay keçiriləcək dünya çempionatı ərəfəsində problemlə üzləşib.

Fanat.Az xəbər verir ki, informasiyanı yerli federasiyadakı mənbələrinə istinadən "Shafaq News" yayıb.

Məlumata görə, ABŞ sözügedən yığmanın 6 futbolçusuna - İbrahim Bayeşə, Mohannad Əliyə, Zeyd Tahsinə, Heydər Abdul-Kərimə və Əli Əl-Hamadiyə viza verməyib. Mənbə İrak Futbol Federasiyasının kəmək üçün FİFA-ya müraciət edəcəyini vurğulayıb.

Xatırladaq ki, I qrupunda yer alan İraq seçməsi Fransa, seneqal və Norveç milliləri ilə mübarizə aparacaq.

Toğrul

Chosen
30
2
fanat.az

3Sources