EN

Xırdalanda məktəbli qıza qarşı cinayət: Videoları yaydı, görüşə çağırdı

Abşeron rayonunda 2008-ci il təvəllüdlü Sərxan yetkinlik yaşına çatmayana Səmayə (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olmaqda ittiham edilib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Bərdə rayon sakini Sərxan ötən il may ayının sonlarında Səmayəni Xırdalan şəhərində kirayə yaşadığı evə dəvət edib. Evdə heç kimin olmamasından istifadə edərək, qıza qarşı seksual xarakterli hərəkətlər edib.

O, qızı həmin ilin iyun və iyul aylarının müxtəlif günlərində dəfələrlə yaşadığı evə çağırıb, eyni əməllərini davam etdirib.

İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 152.4.1-ci (təkrar on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Sərxan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, ifadəsində göstərib ki, Səmayə ilə tanış olduğu zaman ona 16 yaşı olduğunu bildirib: “Tanış olduqdan bir qədər sonra onun başqa oğlanlarla da danışdığını bildim. Amma ondan ayrılsam, evdən qaçacağını və digər qorxunc hərəkətlər edəcəyini dediyinə görə qorxdum. Buna görə ondan ayrılmadım. Səmayə ilə öz istəyimizlə səhv hərəkət etdik. Bunun cinayət olduğunu bilmirdim”.

Chosen
31
publika.az

1Sources