EN

Britaniya səfiri Azərbaycandan getdi

Britaniya

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Britaniya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb."Mənə göstərdiyiniz səmimiyyətə və qonaqpərvərliyə görə Azərbaycan xalqına təşəkkür edirəm. Bu yaxınlarda məndən Azərbaycanı bir sözlə ifadə etməyi xahiş etdilər "qonaqpərvərlik" sözünü seçdim".Ulusum.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld diplomatik fəaliyyətinin başa çatması münasibətilə keçirilən vida mərasimində deyib.Səfir Azərbaycan dilində çıxış edərək iki ölkə arasındakı dostluq münasibətlərinin möhkəmlənməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, o ölkəmizi yalnız bir diplomat kimi deyil, həm də Azərbaycanın bir dostu kimi tərk edir. F.Auld çıxışının sonunda Azərbaycan dövlətinə və xalqına göstərilən dəstəyə görə dərin təşəkkürünü bildirərək, gələcək fəaliyyətində də bu dostluq bağlarını uca tutacağını vurğulayıb. Səfirin təsirli cıxışı hər kəsdə böyük səmimiyyət hissi yaradıb.Qeyd edək ki, səfir tələbəlik illərində Gəncədə bir ailədə yaşaraq Azərbaycan dilini öyrənmişdi və bununla da həmyerlilərimizin böyük rəgbətini qazanmşdı.

Diqqət Çəkənlər

Bu tarixdən Dərnəgüldən bölgələrə getmək mümkün olacaq

Tailandda itkin düşmüş rus jurnalist sağ tapılıb

Növbəti Köç Karvanı Zəngilan və Şükürbəyliyə Çatdı

Chosen
24
ulusum.az

1Sources