EN

Vaksini yoxdur, müalicəsi çətindir Yeni virus xəbərdarlığı

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Hantaviruslar siçan və siçovulların daşıyıcısı olduğu böyük virus ailəsidir. Bu virusa yoluxmaq üçün heyvanla birbaşa təmasda olmaq şərt deyil.Demokrat.az xəbər verir ki, bunu infeksionist Natalya Şvedova deyib. Həkimin sözlərinə görə, qarajda, zirzəmidə və ya bağ evində təmizlik işləri apararkən gəmiricilərin qurumuş ifrazatlarının tozunu tənəffüs

etmək yoluxma üçün kifayətdir. Həmçinin gəmiricilərin toxunduğu qidaları qəbul etmək də təhlükəlidir."Rusiya və Avropada hantaviruslar daha çox böyrək sindromlu hemorragik qızdırmaya səbəb olur. Bu, damarları zədələyən və böyrəklərə ağır zərbə vuran təhlükəli xəstəlikdir. Virusun əsas təhlükəsi gizli qalmasıdır. Gizli dövr bir aya qədər davam edə bilər. İlk simptomlar qripə çox bənzəyir. Temperatur kəskin yüksəlir, bədəndə halsızlıq və ağrılar yaranır" – deyə Şvedova bildirib.Mütəxəssis qeyd edib ki, əgər xəstəlik soyuqdəymə ilə qarışdırılsa və vaxtında həkimə müraciət edilməsə, bir neçə gündən sonra vəziyyət kritikləşə bilər. Bu qızdırmadan ölüm göstəricisi bəzən 40 faizə çatır. Hazırda virusa qarşı vaksin yoxdur və müalicə imkanları məhduddur. İnfeksionist qidaları siçanlardan qorumağı, meyvə-tərəvəzi yaxşı yumağı və gəmiricilərin ola biləcəyi yerlərdə mütləq maskadan istifadə etməyi tövsiyə edir.Yəni, siçan və siçovulların yayıldığı yerlərdə təmizlik edərkən toz udmaq insanı ölümcül virusa yoluxdura bilər, simptomlar isə adi qripə bənzədiyi üçün çox vaxt gec fərq edilir.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
217
demokrat.az

1Sources