EN

Azərbaycanlı və ermənistanlı ekspertlər bu dəfə Londonda görüşdülər - FOTO

Azərbaycandan və ermənistanlı ekspertlər Londonda sülh prosesinin inkişafını, imkanlarını və risklərini müzakirə ediblər.

Musavat.com xəbər verir ki, bu barədə telegram kanallarında məlumat yayılıb. Ermənistanın “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru, “Erməni məclisi” analitik mərkəzinin sədri Areq Koçinyan isə feysbuk hesabında yazıb ki, onilliklər davam edən münaqişələrdən sonra sülh, təkcə siyasi danışıqlar yolu ilə deyil, həm də insanlar arasında etimad yolu ilə qurulur.

"Bu gün Ermənistan-Azərbaycan sülh prosesində yeni bir fürsət var və cəmiyyətlərin də bu yolda iştirakı vacibdir. Londonda keçirilən görüşdə erməni və azərbaycanlı ekspertlər sülh prosesinin hazırkı mərhələsini, onun imkanlarını və risklərini müzakirə ediblər. Davamlı sülh dialoq, etimad və uzunmüddətli əməkdaşlıq yolu ilə qurulur” deyə Koçinyan qeyd edib.

Nigar Həsənli
Musavat.com

Chosen
33
6
musavat.com

10Sources