EN

Azərbaycan karateçisi Xorvatiyada “qızıl” qazandı

futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Karate Federasiyasının idmançısı Rahib Əzim (+76 kq) Xorvatiyanın Poreç şəhərində keçirilən Karate 1 Liqa yarışında qızıl medal qazanıb.

Futbolpress.az xəbər verir ki, təmsilçimiz 21 yaşadək idmançıların mübarizəsində fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Qeyd edək ki, komandamıza bu yarışda AKF-in baş katibi Qabil Sayadov və gənclərdən ibarət yığma komandamızın baş məşqçisi Anar Allahverdiyev rəhbərlik edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
71
futbolpress.az

1Sources