EN

Ermənistan XİN başçısı Rusiyanın etiraz notasını Lavrovla müzakirə mövzusu saymır

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan bildirib ki, Yerevan daima Rusiya tərəfdaşları ilə əlaqədədir və Moskva Ermənistan səfirinə etiraz notası təqdim olunmasına baxmayaraq, Rusiya XİN rəhbəri Sergey Lavrovla əlavə görüşə ehtiyac görmür.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan XİN başçısı jurnalistlərə bildirib.

“Yox, açığı, biz rusiyalı tərəfdaşlarımızla daima əlaqədəyik. Xüsusi müzakirəyə ehtiyac olduğunu düşünmürəm görmürəm,” – deyə o, jurnalistlərin sualına cavab olaraq qeyd edib. Sual Ermənistan səfirinin Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılması və ona etiraz notasının təqdim olunması fonunda Lavrovla görüş keçirməyi planlaşdırıb-planlaşdırmaması ilə bağlı olub.

Daha əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verərək bildirib ki, əvvəllər Moskvanı əmin edən, Rusiyaya qarşı heç bir addım atmayacağını vəd edən Ermənistan rəhbərliyi əslində bu vədləri pozub. Zaxarova qeyd edib ki, Zelenskinin 9 may tarixində Moskvaya təhdidlər səsləndirməsinə Ermənistan ərazisindən reaksiyasız qalmaq, həm də Rusiya və onun xalqından müntəzəm dəstək alan bu ölkənin Avropa dövlətlərini birbaşa hərbi qarşıdurmaya sövq etməsi unudulmayacaq. Bunun ardınca Moskva Ermənistan səfiri Gurgen Arsenyanı Xarici İşlər Nazirliyinə çağırıb və ona ciddi etiraz bildirilib.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
90
bizimyol.info

1Sources