Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 875,1 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
FED.az biznes vÉ™ maliyyÉ™ xÉ™bÉ™rlÉ™ri portalı xÉ™bÉ™r verir ki, ÜDM istehsalı ötÉ™n ilin eyni dövrü ilÉ™ müqayisÉ™dÉ™ 0,2% artıb.Â
Neft-qaz sektorunda ÜDM istehsalı 12 milyard 135 milyon manat təşkil edərək ötən ilin müvafiq dövrünə nəzərən 0,9% kiçilib, qeyri-neft-qaz sektorunda isə ÜDM istehsalı illik müqayisədə 0,7% böyüyərək 27 milyard 740,1 milyon manata çatıb.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-mart ayında Azərbaycanda ÜDM istehsalı 0,3% azalmış, yanvar-fevral aylarında 0,3% yanvar ayında isə 1,7% artmışdı.