EN

Azərbaycan iqtisadiyyatı geriləmədən sonra zəif artıma keçib

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 875,1 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ÜDM istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% artıb. 

Neft-qaz sektorunda ÜDM istehsalı 12 milyard 135 milyon manat təşkil edərək ötən ilin müvafiq dövrünə nəzərən 0,9% kiçilib, qeyri-neft-qaz sektorunda isə ÜDM istehsalı illik müqayisədə 0,7% böyüyərək 27 milyard 740,1 milyon manata çatıb.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-mart ayında Azərbaycanda ÜDM istehsalı 0,3% azalmış, yanvar-fevral aylarında 0,3% yanvar ayında isə 1,7% artmışdı.

Chosen
51
fed.az

1Sources