Saatlı rayonunda qarajdan meyit tapılıb. 1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə mayın 11-i saat 14 radələrində Saatlı şəhərində baş verib. 1978-ci il təvəllüdlü Kamil Cəmil oğlu Əliyevin meyiti atasına məxsus evin həyətindəki qarajda aşkar edilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.