“Liverpul” yay transfer pəncərəsində “Monako”nun yarımmüdafiəçisi Maqnes Alkiuş ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı futbolçu komandadan ayrılması gözlənilən Mohamed Salah üçün mümkün əvəzedici hesab olunur. “Monako”nun tələb etdiyi 50 milyon avro məbləğ isə ingilis klubunu narahat etmir.
Akliuş bu mövsüm 42 matçda 7 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun “Monako” ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.