EN

Pentaqon gizli nüvə sualtı qayığının yerini açıqlayıb 

ABŞ prezidenti Donald Trampın  İranın son sülh təklifini rədd etməsindən bir gün sonra Pentaqon ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus nüvə silahı daşıya bilən gizli sualtı qayığın yerləşdiyi yeri açıqlayıb.

Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanması Ohayo sinifli ballistik raket sualtı qayığının İspaniyanın cənub sahillərində yerləşən Britaniya ərazisi olan Cəbəllütariqdə lövbər saldığını göstərən foto paylaşıb.

Altıncı Donanmanın açıqlamasında bildirilir ki, bu liman səfəri ABŞ-nin imkanlarını, çevikliyini və NATO müttəfiqlərinə sadiqliyini nümayiş etdirmək məqsədi daşıyır.

Chosen
48
veteninfo.az

1Sources