EN

Xalçadakı ləkələri anında yox edən ucuz üsul

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalçadakı çətin ləkələri təmizləmək üçün bahalı vasitələrə pul xərcləməyə ehtiyac yoxdur. Sadə və demək olar ki, hər evdə tapılan təraş köpüyünün bir çox ləkəni qısa müddətdə aradan qaldırdığı bildirilir.Sosial şəbəkələrdə geniş yayılan bu üsul xüsusilə xalça və döşəklərdəki su əsaslı ləkələrə qarşı effektiv hesab edilir. Təmizlik üzrə mütəxəssislər bildirirlər ki, vaxtında müdaxilə edildikdə ləkələrin qalıcı olmasının qarşısını almaq mümkündür.Təmizlik eksperti Linsi Krombinin sözlərinə görə, ağ rəngli təraş köpüyü köpük formasına görə parçanın dərinliyinə nüfuz edir, kir və yağ hissəciklərini yumşaldaraq təmizlənməni asanlaşdırır. O qeyd edib ki, bu üsul süd, qazlı içki, sous, palçıq, dondurma və müxtəlif qida ləkələrində daha yaxşı nəticə verir.Ləkəni təmizləmək üçün əvvəlcə problemli hissəyə ağ təraş köpüyü çəkilir. Daha sonra ilıq su ilə azca nəmləndirilmiş yumşaq bez və ya fırça ilə həmin sahə yüngül şəkildə silinir. Köpük təxminən 10 dəqiqə saxlanıldıqdan sonra təmizlənir və quru ağ bezlə nəmlik çəkilir. Sonda isə xalçanın təbii şəkildə quruması gözlənilir.Mütəxəssislər rəngli təraş köpüklərindən istifadə etməməyi tövsiyə edir. Bildirilir ki, rəngli məhsullar xalçada əlavə iz buraxa bilər. Həmçinin üsulu tətbiq etməzdən əvvəl xalçanın görünməyən kiçik hissəsində sınaq aparılması məsləhət görülür.Aytən

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
143
12
demokrat.az

10Sources