“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 31-ci turunda “Karvan-Yevlax”ı 1:0 hesabı ilə qalib gəlib.
İdmanxeber.az-ın məlumatına görə, bu nəticənin ardından Tovuz təmsilçisi 3-cü pilləni təmin edib və avrokuboklara vəsiqə qazanıb.
Klubun prezidenti Ehtiram Quliyev görüşdən sonra azarkeşləri təbrik edib.