Ağdamda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, belə ki, “KIA” və “VAZ-2106” markalı minik avtomobilləri toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.