EN

“Qarabağ” “Qəbələ”yə, “Sumqayıt” “Araz Naxçıvan”a qarşı – YENİLƏNİR 

Azərbaycan Premyer Liqasının 31-ci tur davam edir. 

İdmanxeber.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək. 

Günün ilk matçında “Qəbələ” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Hazırda turnir cədvəlində Ağdam klubu 62 xalla 2-ci, “qırmızı-qaralar” isə 20 xalla 11-cidir.

İlk iki dövrədə bu komandaların oyunlarında sevinən tərəf “Qarabağ” olub. Ağdam klubu ilk dövrədə 2:0, daha sonra isə 2:1 hesabı ilə qalib gəlib. 

İkinci qarşılaşmada isə “Sumqayıt” “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Sona 3 tur qalmış Naxçıvan təmsilçisi 40 xalla 6-cı, “Sumqayıt” isə 38 xalla 7-ci pillədə qərarlaşıb.

Cari mövsüm bu komandalar arasında keçirilən matçlarda tərəflər hərəyə bir qələbə qazanıblar. “Sumqayıt” rəqibini 3:2, “Araz-Naxçıvan” isə 1:0 hesabı ilə məğlub edib. 

9 may

17:00. “Qəbələ” – “Qarabağ”
Baş hakim:
 İnqilab Məmmədov

Qəbələ şəhər stadionu

19:30. “Sumqayıt” – “Araz-Naxçıvan”
Baş hakim: 
Rəvan Həmzəzadə

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Chosen
49
1
idmanxeber.az

10Sources