Məşhur modelyer Viktoriya Bekhem gəncliyini qorumaq üçün öz kosmetika markasına aid olan işıqlandırıcı çubuqlar və kontur qələmlərindən istifadə edir.
Publika.az xəbər verir ki, zaman-zaman baxım sirlərini izləyiciləri ilə bölüşən 49 yaşlı ulduz dərisinə tətbiq etdiyi işıq çubuqlarının təsirindən söz açıb. O, prosesiiİnstaqramda izləyiciləri ilə paylaşıb və göstərib ki, bu, asanlıqla həyata keçirilə bilər.
Viki 2020-ci ildə Augustinus Bader ilə birlikdə hüceyrə yeniləyici serum və hüceyrə yeniləyici nəmləndirici kremi bazara çıxardı. Bu əməkdaşlıqdan ərsəyə gələn məhsulları gündə iki dəfə tətbiq etməklə yanaşı, Viktoriyanın rutininə kollagen istehsalını artırmaq və iltihabı azaltmaq üçün gündəlik LED lampadan istifadə də daxildir. İnstaqram hekayələrindən görünür ki, o, antibakterial xüsusiyyətləri, dəri rənginə və toxumasına təsiri ilə tanınan mavi işıq altında vaxt keçirir.
Ən müasir cihazlardan istifadə etməkdən zövq almasına baxmayaraq, Viktoriya Bekhem həm də ənənəvi dəri baxımına böyük əhəmiyyət verir. Hətta çox məşhur dermatoloq Melanie Qrant onun üçün xüsusi üz maskası hazırlayıb. Bir çox baxım markaları və ulduzlarla çalışan Qrant iddia edir ki, xanım Bekhem dəri üçün həmişə ən yaxşı məhsulları tapır.