EN

Tramp Aİ avtomobillərinə tarif artımlarını 4 iyula qədər təxirə saldı

Avropa Komissiyası və Ağ Ev ticarət sazişi üzərində işi təsdiqləyib və Aİ avtomobillərinə tarif artımı 4 iyula qədər təxirə salınıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp təxirə salınmanı sosial media hesabı olan Truth-da elan edərək yazıb ki, bu qərarı Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə "gözəl söhbət”dən sonra verib.

"Mən səbrlə Aİ-nin Şotlandiyanın Törnberri şəhərində əldə edilən tarixi ticarət sazişinin öz üzərinə düşən hissəsini yerinə yetirməsini gözləyirdim! Aİ-nin sazişin öz hissəsini yerinə yetirəcəyinə və razılaşdırıldığı kimi tariflərini sıfıra endirəcəyinə dair söz verildi!", - o yazıb.

Trampın sözlərinə görə, söhbət zamanı tərəflər İrandakı vəziyyəti də müzakirə ediblər və Tehranın heç vaxt nüvə silahı əldə etməməsi barədə razılığa gəliblər.

Fon der Leyen də öz növbəsində Amerika prezidenti ilə söhbətini yüksək qiymətləndirib və sazişlər üzərində işlərin davam etdiyini qeyd edib.

“Biz Aİ ilə ABŞ arasında ticarət sazişini müzakirə etdik. Hər iki tərəf onun həyata keçirilməsinə tam sadiqdir. İyulun əvvəlinə qədər tariflərin azaldılması istiqamətində yaxşı irəliləyiş əldə edilib", - deyə o, X sosial media platformasında yazıb.

Qeyd edək ki, Tramp mayın 1-də Aİ-dən minik və yük maşınlarına tarifləri növbəti həftənin əvvəlində 25%-ə qaldırmaq niyyətində olduğunu açıqlamışdı. O, bunu Aİ-nin ticarət sazişinin şərtlərinə əməl etməməsi ilə izah edirdi.

Musavat.com

Chosen
47
48
musavat.com

10Sources