EN

Prospektdə yaşlı kişi yaxınlaşan maşını görə görə yolu keçdi VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtın Ziya Bünyadov prospektində piyadanın təhlükəli hərəkəti kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 30-da saat 11:56 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, yaşlı kişi yolu müəyyən olunmamış hissədən keçməyə çalışıb. O, yaxınlaşmaqda olan avtomobili görməsinə baxmayaraq hərəkətini davam etdirib. Sürücü piyadanı xəbərdar etmək üçün səs siqnalından istifadə etsə də, kişi yoluna davam edib.

Görüntülərdən məlum olur ki, hadisənin baş verdiyi ərazidən bir qədər aralıda piyadaların təhlükəsiz keçidi üçün nəzərdə tutulmuş keçid mövcuddur. Buna baxmayaraq, bəzi piyadaların vaxt qazanmaq məqsədilə prospekt kimi intensiv hərəkətli yollarda riskli addım atması həm öz həyatlarını, həm də sürücüləri təhlükə qarşısında qoyur.

Xüsusilə yüksək sürət rejiminin tətbiq olunduğu magistral tipli yollarda sürücünün ani manevr və ya sərt tormozlanma imkanı hər zaman kifayət etmir. Belə hallarda bir neçə saniyəlik məsuliyyətsiz qərar ağır nəticələrlə yekunlaşa bilər.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
avtosfer.az

1Sources