EN

İranın hücumlarında zərər görən ABŞ bazalarının görüntüləri yayıldı FOTOLAR

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran ilə ABŞ arasında yaşanan qarşıdurmada ABŞ bazalarının ciddi zərərə məruz qaldığı ortaya çıxıb.

"Washington Post" qəzetinin peyk görüntülərinə əsaslanaraq apardığı araşdırma nəticəsində ən məlum olub ki, azı 228 tikili və hərbi texnika zədələnib və ya tamamilə məhv edilib.

Təhlilə görə, hücumlarda anqarlar, kazarmalar, yanacaq anbarları, radar və rabitə mərkəzləri və "Patriot" və "THAAD" kimi vacib hava hücumundan müdafiə sistemləri hədəfə alınıb. Ən şiddətli dağıntılar ABŞ-nin Bəhreyndəki 5-ci Donanmasının qərargahında və Küveytdəki Arifjan, Buehring və Əli əl-Salem bazalarında qeydə alınıb.

Bundan əlavə, ABŞ-nin hava hücumundan müdafiə imkanlarının ciddi şəkildə zəiflədiyi, THAAD tutucularının təxminən 53%-nin və "Patriot" sistemlərinin 43%-nin istifadə edildiyi bildirilib.

Həmçinin müharibə zamanı 7 ABŞ əsgərinin həyatını itirdiyi və 400-dən çox əsgərin yaralandığı, yaralıların əksəriyyətinin qısa müddət sonra xidmətə qayıtdığı, ən azı 12 əsgərin vəziyyətinin ağır olduğu bildirilib.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
60
azpolitika.info

1Sources