EN

Obama UNO lardan danışdı: Yadplanetli ilə selfi çəkdirib...

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

ABŞ hakimiyyəti yadplanetlilərin mövcudluğu haqqında məlumatları gizlədə bilməzdi, çünki sirr saxlamağı bacarmırlar.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Barak Obama CBS-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, xüsusən, ABŞ-ın hakimiyyəti altında Yerdən kənar sivilizasiyalar həqiqətən də mövcud olsaydı, cəmiyyət bundan məlumatlı olardı.

Obama bildirib ki, informasiya sızması istənilən halda baş verəcəkdi:

“Sizi əmin edirəm, belə bir obyekti qoruyan hər hansı oğlan yadplanetli ilə selfi çəkdirib, öz sevgilisinə göndərərdi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
1
axar.az

2Sources