ain.az bildirir, Avtosfer portalına istinadən.
Xorvatiyanın paytaxtı Zaqrebdə Avropanın ilk kommersiya robotaksi xidməti fəaliyyətə başlayıb.
Avtosfer.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, gediş haqları 1.99 avrodan təklif olunur.
Məlumata görə, avtomobillər "Pony AI" süni intellekt texnologiyası ilə idarə olunur. Robotaksilər hazırda təxminən 90 kvadrat kilometrlik ərazini, o cümlədən Zaqrebin beynəlxalq hava limanını əhatə edir. Sifarişlər xüsusi tətbiq vasitəsilə qəbul edilir.
Layihəni icra edən şirkət rəhbərinin sözlərinə görə, artıq 300 nəfər tətbiqdən aktiv istifadə edir, 4 000 nəfər isə gözləmə siyahısındadır. Hazırda təhlükəsizlik məqsədilə avtomobillərdə operator mövcud olsa da, hərəkət tam avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Sınaqlar zamanı nəqliyyat vasitələrinin çətin yol şəraitində belə uğurla idarə olunduğu qeyd edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.