EN

Mbappenin “Real”la münasibətləri bu şəxsə görə pozulub

“Real Madrid”in hücumçusu Kilian Mbappe Xabi Alonsonun baş məşqçi vəzifəsindən kənarlaşdırılmasından narazılığını bildirdikdən sonra münasibətlər gərginləşib.

Publika.az xəbər verir ki, jurnalist Jorje Pikonun sözlərinə görə, fransızın “kral klubu” ilə problemləri ispaniyalı məşqçinin qovulmasından sonra başlayıb.

“Real Madrid”in qərarı hücumçunu heyrətləndirib. O, komanda rəhbərliyinə Alonsonun işinə etibar etdiyini və bəzi oyunçuların onun qovulmasını təmin etmək üçün əlindən gələni etdiyinə inandığını bildirib.

Chosen
50
15
publika.az

10Sources