EN

Bu maşınların qiyməti kəskin dəyişdi AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Avtomobil bazarı son dövrlərdə müxtəlif istiqamətlərdə dəyişən dinamikası ilə diqqət çəkir. Qiymətlərin ümumi artımı barədə fikirlər geniş yayılsa da, real mənzərə daha mürəkkəbdir. Bazarda həm bahalaşma, həm də müəyyən seqmentlərdə ucuzlaşma paralel şəkildə müşahidə olunur. Bu vəziyyət idxal xərcləri, təklif və tələbin nisbəti, eləcə də istehlakçı davranışları ilə birbaşa bağlıdır. Xüsusilə yeni və ikinci əl avtomobillər arasında fərqli tendensiyalar özünü daha qabarıq göstərir. Mövcud şəraitdə düzgün qərar vermək üçün bazarın bu çoxşaxəli vəziyyətini obyektiv qiymətləndirmək vacibdir. İndiki şəraitdə maşın almaq, yoxsa satmaq daha uyğundur?Məsələ ilə bağlı avtomobil eksperti Razil Nağıyev Demokrat.az-a bildirib ki, maşın bazarında hazırkı vəziyyəti yalnız “bahalaşma” kimi qiymətləndirmək düzgün deyil:"Bazarda paralel olaraq həm qiymət artımı, həm də ucuzlaşma müşahidə olunur. Yeni avtomobillər bazarında idxal və logistika xərclərinin artması səbəbindən qiymətlər əsasən sabit qalır, bəzi hallarda isə artım qeydə alınır. İkinci əl bazarında isə özünü doğrultmuş, xüsusilə iqtisadi və hibrid modellər qiymətini qoruyur, lakin bazarda seçim çox olduğu üçün bəzi modellərin satışı zəifləyir. Eyni zamanda, Çin istehsalı olan və “grey market” vasitəsilə gətirilən avtomobillərdə ucuzlaşma müşahidə edilir. Bunun əsas səbəbi bazarda bu tip avtomobillərin sayının artmasıdır".Həmçinin oxu:

Bu 5 maşın modelini alan usta yanından çıxmır

16 minə də satılır, 32 minə də — Hansı real qiymətdir?

Rusiyada yeni avtomobil markası yaradıldıEkspert deyib ki, bazar hazırda balans mərhələsindədir:"Etibarlı modellər dəyərini saxlayır, riskli seqmentlərdə isə qiymət tənzimlənməsi gedir. Əgər almaq istədiyiniz avtomobil praktik və tez satılan modeldirsə, uyğun variant tapdığınız halda indi almaq məntiqli addımdır. Lakin premium və ya “grey market” avtomobillər üçün tələsməmək və bazarı bir müddət izləmək daha doğru seçimdir".Yəni, hazırda bazarda bütün maşınlar bahalaşmır. İqtisadi baxımdan əlverişli olan modellər qiymətini saxlasa da, bəzi yeni və az tanınan modellərdə ucuzlaşma var, buna görə də alqı-satqı zamanı modelin populyarlığına fikir vermək lazımdır.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
53
12
demokrat.az

10Sources