EN

Məşhur türk müğənni karyerasını bitirdi: "Son konsertimi Bakıda verəcəm"

Məşhur türk müğənni karyerasını bitirdi: "Son konsertimi Bakıda verəcəm"Türkiyəli ifaçı Anıl Emre Daldal musiqi karyerası ilə bağlı diqqətçəkən qərar verib. O, rəsmi sosial media hesabında yayımladığı açıqlamada hazırda musiqi fəaliyyətinə son vermək qərarı aldığını bildirib.

Bu barədə Sonxeber.az məlumat verir.

Sənətçi qeyd edib ki, əvvəlcədən planlaşdırılan mahnılarını və tədbirlərini həyata keçirəcək. Daldalın sözlərinə görə, son konserti 31 may tarixində Bakıda baş tutacaq.

Açıqlamasında sənətçi musiqi sektorunda yaşadığı çətinliklərə də toxunub. O bildirib ki, bu sahədə qarşılaşdığı pis niyyətli insanlar onu ciddi şəkildə yorub: "Bu sektorda olan bəzi insanların davranışları ilə mübarizə aparacaq qədər sərt qəlbim yoxdur. Adım ləkələnməyə çalışıldı, aldadıldım və bir çox xoşagəlməz hallarla qarşılaşdım."

Bununla belə, Daldal həyatda xoşbəxt olduğunu və ətrafında yaxşı insanların olduğunu vurğulayıb. O əlavə edib ki, heç vaxt lüks, şöhrət və məşhurluq arxasınca qaçmayıb, əsas məqsədi yaradıcılığı ilə insanlara nəsə çatdırmaq olub.

Sənətçi çıxışının sonunda ümid etdiyini bildirib ki, dünya daha gözəl yerə çevriləcək və insanlar sənətə sahib çıxacaq. O, musiqi ilə bağlı mövzularda hər zaman ünsiyyətə açıq olduğunu da qeyd edib.

Chosen
3
50
sonxeber.az

10Sources