2025-ci ilin sonuncu rübü ilə müqayisədə 2026-cı ilin birinci rübündə ölkədaxili nağdsız əməliyyatların həcmi 500 milyon manat azalıb.
Â
Bu barədə Mərkəzi Bankın yaydığı məlumatda bildirilir.
Â
Qeyd edilib ki, bu dövrdə həmçinin ölkədaxili elektron ticarət əməliyyatları 500 milyon manat, debet kartları ilə əməliyyatlar 1,1 milyard manat, kredit kartları üzrə əməliyyatlar 74 milyon manat azalıb.
Â
Hesabat dövründə eyni zamanda internet bankçılığının həcmi 12,1 milyard manat, mobil bankçılıq isə 1,7 milyard manat azalıb.
Â
Maraqlıdır, azalma nə ilə bağlıdır? Proses bundan sonra da davam edə bilər?
Â
Baku TV-nin süjetində bu və digər suallara aydınlıq gətirilib.
Â