EN

3 məşhur eyni anda serialı tərk edir

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məşhur ekran işində gözlənilməz ayrılıq yaşanır. Reytinqlərdə illərdir mövqeyini qoruyan layihədə eyni anda bir neçə mühüm sima ilə yollar ayrılır.Demokrat.az xəbər verir ki, "Teşkilat" serialı iyunun 7-də yayımlanacaq 184-cü bölümü ilə mövsüm fasiləsinə çıxacaq. Maraqlı ssenarisi ilə seçilən ekran işinin builki mövsüm finalında qanlı toy səhnəsinin nümayiş olunacağı gözlənilir. Hadisələrin gedişatı bir çox obrazın taleyini sual altında qoyub.Kulisdən sızan məlumatlara görə, yeddinci mövsüm öncəsi üç əsas aktyor komandanı tərk edir. Belə ki, Hilal obrazını canlandıran Rabia Soytürk, Cevher başkan rolundakı Erkan Bektaş və Rutkay obrazı ilə tanınan Serhat Tulumluerin ssenaridəki rolları başa çatır. Onların mövsümün sonunda seriala vida edəcəyi bildirilir. Layihədə digər ayrılıqların olub-olmayacağı isə hələlik dəqiqləşməyib.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
40
demokrat.az

1Sources