EN

Aktyor boyunun qısa olmasından danışdı: Həkim səhv müalicə etdi

Aktyor Natiq Fərzəliyev "Bir gün" verilişində şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, sənətçi boyunun qısa olmasının səbəbindən danışaraq bildirib ki, uşaqlıq illərində yaşadığı qorxu onun sağlamlığına təsir edib. Onun sözlərinə görə, 8 yaşında kənddə qorxudan sarılıq keçirib və daha sonra tətbiq edilən səhv müalicə nəticəsində fiziki inkişafı dayanıb.

Aktyor qeyd edib ki, 5-ci sinifdə olarkən Bakıya həkimə aparılıb və müalicə nəticəsində müəyyən qədər boy artımı müşahidə olunub. Daha sonra illər ərzində mütəmadi olaraq həkim nəzarətində qalıb, hətta Moskvada yerləşən məşhur tibb müəssisələrində də müalicə alıb. Bu proses nəticəsində onun boyu 1.45 metrə qədər yüksəlib.

Chosen
1
2
publika.az

5Sources