EN

Ötən ay metrodan 20 milyondan çox sərnişin istifadə edib

BAKI, 5 may. TELEQRAF

Apreldə metroda 20 milyondan çox səfər həyata keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, Bakı metrosunda ötən ay 20 milyon 510 min 29 sərnişinə xidmət edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,11 % artım deməkdir.

Ay ərzində ən çox “Koroğlu” stansiyasından (1 824 773) istifadə edilib.

Qurumdan bildirilib ki, 2026-cı ilin ilk 4 ayı üzrə ən çox sərnişin daşınan 3 günün 2-si məhz aprelə təsadüf edir:
3 aprel – 819 536
18 fevral – 818 376
2 aprel – 802 283

Metroda NFC ilə 8 milyon 57 min 376 nəfər ödəniş edib ki, bu, ümumi ödənişli sərnişinlərin 40,3%-ni təşkil edir.

"Əlçatan metro” xidmətindən istifadə üçün 236 sifariş qeydə alınıb ki, bu da illik müqayisədə 35,6 % artım deməkdir.

Chosen
19
teleqraf.com

1Sources