EN

Zaza dayı Eşref Rüya da

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Məşhur aktyor Ali Sürmeli yeni obrazı ilə ekranlara qayıdıb. O, reytinqləri alt-üst edən layihədə mühüm rol ifa edir.Demokrat.az xəbər verir ki, Ali Sürmeli "Eşref Rüya" serialının heyətinə daxil olub. O, ekran işində Celo Ağa obrazını canlandırır. Aktyor özünün qaranlıq dünyası və sarsılmaz nüfuzu ilə seçilən personajı təqdim edəcək.Celo Ağa hadisələrin gedişatında Eşrefin (Çağatay Ulusoy) ən böyük rəqiblərindən birinə çevriləcək. O, qurduğu planlarla baş qəhrəmanın işlərini çətinləşdirəcək. Həbsxanada öz qanunlarını diktə edən bu obraz dəmir barmaqlıqlar ardındakı nizamı çölə də daşımağı bacarıb. Celo Ağa öz nüfuzuna xələl gətirən hər kəsi amansız yollarla cəzalandırması ilə tanınır.Qısaca, tanınmış aktyor Ali Sürmeli yeni serialda həbsxana avtoriteti və təhlükəli cinayətkar obrazı ilə izləyicilərin görüşünə gələcək.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
demokrat.az

1Sources