EN

Bizon Diamond Baku Fashion Week də: Üç günlük stil, enerji və parıltı marafonu

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1-3 may tarixlərində Bizon Diamond brendinin sponsorluğu ilə Azərbaycan Dövlət Filarmoniyasının möhtəşəm ab-havasında ölkənin ən gözlənilən moda hadisəsi — Baku Fashion Week baş tutub.

"Unikal" xəbər verir ki, tədbir yerli dizaynerlərlə yanaşı, beynəlxalq brendləri də eyni podiumda bir araya gətirərək paytaxtın moda nəbzini tutub. Moda həftəsinin açılış günü xüsusi təmtəraqla yadda qalıb. Tədbirin fəxri qonaqları sırasında Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva da iştirak edərək nümayişləri izləyiblər.

Tədbirin ən rəngarəng və dinamik nöqtələrindən biri Bizon Diamond markasının yaratdığı interaktiv zona olub. Üç gün boyunca qonaqların diqqət mərkəzində olan bu məkanda tanınmış simalar və influenserlərlə canlı müsahibələr keçirilib, brend, sənətçilər və auditoriya arasında birbaşa ünsiyyət körpüsü yaradılıb.

Proqramın ən yaddaqalan hissəsi isə dizayner Sultan Qədimbəylinin "Black to Black" adlı kolleksiyasının nümayişi olub. Bu nümayişi unikal edən amil podiuma peşəkar modellərlə yanaşı, Azərbaycanın tanınmış simalarının çıxması idi. Elnara De Birbuet, Syama Həsənova, Təranə Muradova, Tünzalə Ağayeva və Nərgiz Cəlilovanın iştirakı moda şousuna xüsusi eleqantlıq və ab-hava qatıb.

Bizon Diamond və Baku Fashion Week əməkdaşlığı bir daha sübut etdi ki, brend enerjisi moda dünyası ilə birləşdikdə qonaqlar üçün unudulmaz və fərqli bir təcrübə formalaşır. Bu əməkdaşlıq təkcə geyim nümayişi deyil, həm də stilin, enerjinin və müasir ünsiyyət formatlarının vəhdətinə çevrilib.

19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (Caspian Agro Week) çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili ilə görüşüb. 

"Unikal" xəbər verir ki, nazir Məcnun Məmmədov “Caspian Agro” sərgisini regionun bu sahədə ən böyük  tədbirilərindən biri adlandırıb. Qeyd edib ki, sərgi iştirakçılarının sayı və tədbirə maraq ildən ilə artmaqda davam edir. Gürcüstanın builki sərgidə milli pavilyonu ilə təmsil olunmasından məmnun olduğunu deyən nazir bu platformanın Azərbaycan və tərəfdaş ölkələr arasında iqtisadi əlaqələri daha da gücləndirəcəyinə və biznes icmaları arasında yeni əlaqələrin qurulmasına kömək edəcəyinə əminliyini ifadə edib. Bildirilib ki, iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, transsərhəd xəstəliklərlə mübarizə üçün birgə səylərin artırılması, elmi tədqiqatlar və aqrar təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub. 

Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili ölkəsinin Azərbaycanla bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. O qeyd edib ki, iki ölkə arasında ticarət əlaqələrinin intensivləşdirilməsi, aqrar sahədə əlaqələrin genişləndirilməsi istiqamətində işlərin aparılması mühüm əhəmiyyət daşıyır. 

Görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə İşçi Qrup arasında fəaliyyətin genişləndirilməsi,  ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsinin aparılması müzakirə olunub. Bundan başqa , kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, müasir texnologiyaların transferi, akvakultura və balıqçılıq sahəsində əməkdaşlıq, transsərhəd heyvan və bitki xəstəlikləri ilə bağlı müntəzəm məlumat mübadiləsinin təmin edilməsi, xüsusilə təhlükəli xəstəliklərə qarşı birgə fəaliyyət imkanlarının araşdırılması, aqrar elmi-tədqiqat və aqrar təhsil sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
5
unikal.az

9Sources