EN

Tarixə düşəcək kəşf: Keçəlliyin əlacı tapıldı

Dünyada milyonlarla insanın ortaq problemi olan saç tökülməsinə qarşı inqilabi addım atılıb. Belə ki, saç tökülməsini dayandıran və yeni saçların çıxmasını təmin edən eksperimental dərman artıq satış ərəfəsindədir.

Publika.az "New York Post"a istinadənxəbər verir ki, "Veradermics" bioəczaçılıq şirkəti yeni preparatın klinik sınaqlarının uğurla başa çatdığını elan edib.

519 nəfərin iştirak etdiyi araşdırmada məlum olub ki, 6 ay ərzində dərmanı qəbul edənlərdə hər kvadrat santimetrə orta hesabla 30-33 yeni saç teli çıxıb. Bildirilir ki, plasebo qrupunda bu rəqəm cəmi 7 olub. İştirakçıların 86%-i saçlarının vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib.

Mütəxəssislər qeyd edirlər ki, yüksək dozaya baxmayaraq, dərman ürək-damar sistemi üçün ciddi risk yaratmır.

Sınaqlar zamanı heç bir ciddi kardioloji yan təsir qeydə alınmayıb. Bununla belə, bəzi xəstələrdə bədəndə tüklənmə və şişkinlik kimi hallara rast gəlinib.

Chosen
7
publika.az

1Sources