EN

Bu ölkədə sürücüsüz avtomobillər də CƏRİMƏLƏNƏCƏK YENİ QAYDA

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Kaliforniya polisi sürücüsüz avtomobilləri də cərimələyə biləcək.

Avtosfer.az xəbər verir ki, ABŞ-nin bu ştatında indiyədək yalnız sürücülər cərimələnib. Qayda pozan pilotsuz maşınları cəzalandırmaq üçün sadəcə olaraq hüquqi mexanizm mövcud deyildi.

İndi isə qanunvericilik dəyişib. İyulun 1-dən etibarən robot taksilərin qayda pozuntusuna görə cərimələr birbaşa operator şirkətə yönəldiləcək.

Müntəzəm qayda pozuntularına görə cərimə ilə yanaşı, şirkətlərin avtoparklarında avtomobil sayının azaldılması və lisenziyanın ləğvi kimi ağır sanksiyalar da nəzərdə tutulur. 

Qanunun həm də robot taksilərin bazara kütləvi daxil olmasına görə hazırlandığı bildirilir.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
avtosfer.az

1Sources