EN

Siyəzəndə geniş auditoriyalı görüş – gənclərin sağlam gələcəyi müzakirə olunub » AzadMedia.az



Bakı, 5 may - Azadmedia.az


Siyəzən Rayon Polis Şöbəsi tərəfindən Siyəzən Rayon Mədəniyyət Mərkəzində narkomaniya və erkən nikaha qarşı maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə məktəblilər, müəllimlər və valideynlər iştirak edərək mövzu ətrafında birgə müzakirələr aparıblar. Çıxış edənlər narkotik vasitələrin cəmiyyət üçün yaratdığı təhlükələrdən, erkən nikahın isə gənclərin gələcəyinə vurduğu zərbədən danışaraq bu kimi halların qarşısının alınmasının vacibliyini vurğulayıblar.
Görüşdə Siyəzən RPŞ-nin rəisi, polis polkovniki Xəqani Məmmədov çıxış edərək bildirib ki, sağlam və savadlı gəncliyin formalaşması üçün ailə, məktəb və cəmiyyət birgə fəaliyyət göstərməlidir. O, valideynləri övladlarına daha həssas yanaşmağa, gəncləri isə düzgün həyat yolu seçməyə çağırıb.

Tədbir çərçivəsində iştirakçılar arasında fikir mübadiləsi aparılıb, maarifləndirici tövsiyələr verilib və bu cür görüşlərin davamlı keçirilməsinin əhəmiyyəti qeyd olunub.
Chosen
5
2
azadmedia.az

3Sources