EN

WUF13-də iştirakla bağlı 170 ölkədən 26 mindən çox insan qeydiyyatdan keçib – proses davam edir VİDEO

Şəki, 5 may, AZƏRTAC

Azərbaycanın ev sahibliyi edəcəyi WUF13-də iştirakla bağlı bu günə kimi 170 ölkədən 26 mindən çox insan qeydiyyatdan keçib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında maarifləndirmə məqsədilə təşkil edilən görüşdən sonra jurnalistlərə açıqlamasında “WUF13 Azərbaycan” Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə deyib.

Şəkidə keçirilən WUF13 Festivalına qatılan Emin Hüseynzadə qeydiyyatın davam etdiyini və növbəti günlərdə iştirakçı sayının daha da artacağını ifadə edib.

Müxbir - Rasim İslamoğlu

Chosen
3
2
azertag.az

3Sources